• info@virtual-maktab.az
  • Pedaqoji şura
  • |
  • Məktəb sənədləri
  • |
  • Həmkarlar komitəsi
  • |
  • Kiçik akademiya
  • |
  • Valideyin komitəsi
  • |
  • Metodiki birləşmə
  • |
  •  
  • Haqqımızda
  • Qanunvericilik
    • Təhsil
    • Məktəb
    • Heyət
    • Şagird
  • Metodologiya
  • Psixologiya
  • Kitabxana
  • Qalereya

Təhsil

  1. Əsas səhifə
  2. Təhsil

MƏKTƏBİN İLK DƏRS GÜNÜ

Məktəb rəhbərləri hansı tədbirləri həyata keçirtməlidirlər?
15.09.2019 2190

Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlanması və 15 sentyabrın "Bilik günü" elan edilməsi müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin  21 avqust 2004-cü il 114 nömrəli “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanı).

Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1-ci bəndi).

Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır və dərs ili iki yarımilə bölünür: I yarımil: 15 sentyabr - 26 yanvar; II yarımil: 1 fevral - 14 iyun, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir. Məktəbəhazırlıq qruplarında isə məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır və məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünür: I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may, dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar); 5 gün əlavə tətil (1-5 may). Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4-cü bəndi).

Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli, F-445 nömrəli “Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmrinə 8 nömrəli əlavənin 24-cü və 25-ci bəndləri).

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür: I yarımil: 1 oktyabr-26 yanvar;  II yarımil: 1 fevral-31 may. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar); 5 gün əlavə tətil (1-5 may) (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli, F-444 nömrəli “Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə” əmrinə 2 nömrəli əlavənin 4-cü və 10-cu bəndləri).

Ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır, dərs məşğələsinin müddəti hazırlıq siniflərində 30, digər siniflərdə 45 dəqiqə müəyyən edilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4-cü bəndi).

Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin  8 yanvar 2010-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nın 4-cu bəndi).

Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçilir. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli, F-444 nömrəli “Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə” əmrinə 2 nömrəli əlavənin 5-ci və 6-cı bəndləri).

Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir (“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli, 683-IIQ nömrəli Azərbaycan Respublikası Qanunununun 5-ci maddəsi).

Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı müəssisənin yerləşdiyi binanın fasadında əsas giriş qapısının üstündə dərslər başlamamışdan qaldırılır (asılır), qurtardıqdan sonra endirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları” nın 10-cu bəndi).

Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək, gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələrinə daxildir (“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli,№ 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi).

Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən)  mütləq ifa edilir, Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər (“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi).

Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir (“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi).

Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir. (Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 14 avqsut 2018-ci il tarixli F-550 nömrəli “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin 4-cü bəndi).

Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək,  gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək dövlətin vəzifələrinə aiddir (“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi).

Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir (“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi).

Ümumtəhsil məktəblərində 2019-2020-ci dərs ilinin ilk məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunsun. Müvafiq mövzular üzrə ilk dərs məşğələlərinin səmərəli keçirilməsi üçün zəruri təşkilati işləri vaxtında başa çatdırılsınlar və bu dərslərdə ictimaiyyətin nümayəndələrinin, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakını nəzərdə tutsunlar (Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında” 30 avqust 2019-cu il tarixli, F-531saylı əmrinin 6 və 7-ci bəndi).  

 

İstinadlar:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”.
  2. Azərbaycan Respublikası Prezidentinin  21 avqust 2004-cü il 114 nömrəli “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanı.
  3. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli, 683-IIQ nömrəli Azərbaycan Respublikası Qanunu.
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları”.
  5. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
  6. “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
  7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  8 yanvar 2010-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları".
  8. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 14 avqsut 2018-ci il tarixli F-550 nömrəli “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmri.
  9. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli, F-445 nömrəli “Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmri.
  10. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli, F-444 nömrəli “Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə” əmri
  11. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında” 30 avqust 2019-cu il tarixli, F-531saylı əmri.

 

© Nicolas Bourbaki 

 

® http://www.virtual-maktab.az/

Yeni xəbərlər
17 Avqust 2019
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb
17 Avqust 2019
Şagirdlərin yerdəyişməsi ekektronlaşdırılıb
Foto qalereya

Sayt Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirtdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsində qalib gəlmiş "Virtual məktəb" layihəsi çərçivəsində hazırlanmışdır.

Ətraflı..
Məlumatlar
FOTO QALEREYA

Copyright ©2019 Virtual məktəb. All Rights Reserved